
Azərbaycan tennisçiləri Batumidə daha dörd medal qazanıblar
Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində daha 4 medal qazanıblar.
"Olimpsport" xəbər verir ki, qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə - Mərziyyə Nurmətova və Ləman Abdulhəmidova - Tom Klosset (Belçika) cütlükləri yalnız finalda uduzaraq gümüş medala yiyələniblər.
Aylin Əsgərova - Hüseyn Eylazov və Zemfira Mikayılova - Məhəmməd Ataqul (Türkiyə) duetləri isə yarışı 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, stolüstü tennisçilərimiz daha öncə 5 bürünc medal qazanıblar. Maraqlı məqamlardan biri də odur ki, təmsilçilərimiz yarış ərzində qarşılaşdıqları 8 erməni idmançısı üzərində inamlı qələbələrə seviniblər.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



