
Rusiya idmançıları Parisdəki paralimpiadada iştirak edə biləcəklər
Rusiya idmançıları neytral statusda 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya oyunlarında iştirak edə biləcəklər. Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) mətbuat xidməti bildirib.
"Olimpsport" xəbər verir ki, bundan öncə BPK-nin baş assambleyası Rusiya Paralimpiya Komitəsinin (RPK) qismən uzaqlaşdırılması müddətinin uzadılmasının lehinə səs verib. “Qismən uzaqlaşdırılmasına görə RPK BPK-də bütün üzvlük hüquqlarını itirir, lakin onun idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya oyunlarında fərdi və neytral şəkildə iştirak etməyə hüquqları var”, - deyə açıqlamada deyilir.
Paralimpiada Parisdə avqustun 28-dən sentyabrın 8-nə qədər keçiriləcək.
2022-ci ildə rusiyalı idmançılar Pekindəki Paralimpiadada iştirak etməli idilər, lakin Ukraynadakı müharibə ilə bağlı BPK onları yarışlardan uzaqlaşdırmağa qərar verib. 2021-ci ildə Tokioda keçirilən oyunlarda rusiyalılar həmçinin neytral statusda iştirak ediblər, onlar 36 qızıl, 33 gümüş, 49 bürünc olmaqla, cəmi 118 medal qazanıblar.
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



