NBA-da ardıcıl məğlubiyyətlərə görə antirekord təkrarlanıb

ABŞ-nin "Detroyt Pistons" komandası Milli Basketbol Assosiasiyasında (NBA) antirekordu təkrarlayıb.

"Olimpsport" xəbər verir ki, "Boston"a əlavə vaxtda 122:128 hesabı ilə uduzan kollektiv ardıcıl 28-ci məğlubiyyətini alıb.

Daha əvvəl “Filadelfiya” eyni sayda yenilgi ilə üzləşib. 2014/2015 mövsümündə başlayan seriya 2015/2016 mövsümündə başa çatıb.

Bundan əlavə, "Detroyt Pistons" eyni mövsümdə ardıcıl 28 qarşılaşmada uduzan ilk klubdur. Komanda iki ay əvvəl "Çikaqo"nu məğlub edib - 118:102.