Azərbaycan millisi EEVZA çempionatına 14 voleybolçu ilə hazırlaşır

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatına hazırlaşır.

"Olimpsport" xəbər verir ki, komanda məşqlərini Azərbaycan Voleybol Federasiyasının İdman zalında, həmçinin, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçir.

Təlim-məşq toplanışına 14 voleybolçu cəlb olunub.

Qeyd edək ki, EEVZA çempionatı 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində təşkil olunacaq. Azərbaycan millisi AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışa yanvarın 10-da yola düşəcək. Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda ilk oyununu yanvarın 11-də Estoniya kollektivinə qarşı keçirəcək.