“Abşeron” klubu heyətini yeni oyunçu ilə gücləndirib

Azərbaycanın qadın voleybolçulardan ibarət Yüksək Liqasında mübarizə aparan “Abşeron” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

"Olimpsport" xəbər verir ki, paytaxt təmsilçisi meksikalı libero Jozelin Landerosla anlaşıb. 23 yaşlı voleybolçu yanvarın 11-də Bakıya gələcək.

O, son olaraq ölkəsinin “İreris” komandasında çıxış edib.

Qeyd edək ki, “Abşeron”un əsas liberosu Bəyaz Quliyeva şəxsi məsələlərə görə bir müddətlik voleybolla vidalaşıb.