Millimizin basketbolçusu İspaniya klubuna keçib

Azərbaycanın 3x3 basketbol millisinin üzvü Arika Karter karyerasını İspaniyada davam etdirəcək.

"Olimpsport" xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-dan olan oyunçu “Avenida” klubuna keçib.

27 yaşlı basketbolçu ilə 2024-cü il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Arika Karter “Neftçi”nin heyətində Dünya Qadın Seriyasında 2023-cü il mövsümünün dördqat mərhələ qalibi olub.