İsgəndər Əsgərov Avropa Kubokunun 1/8 final oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov təyinat alıb.

"Olimpsport" xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə qadın həndbolçulardan ibarət Avropa Kubokunun 1/8 final mərhələsinin matçında iş başında olacaq.

O, Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək. Görüş yanvarın 20-də Bodrumda baş tutacaq. Oyunun hakimləri Albaniyadan Şerif Cema və Besfort Caka olacaqlar.

Qeyd edək ki, Türkiyə təmsilçiləri arasında ilk matç yanvarın 13-də Ankarada keçiriləcək.