Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər

Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə əklil və gül qoydular, ruhuna dualar oxudular.

Olimpsport.az saytının məlumatına görə, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıldı, məzarı üzərinə tər çiçəklər düzüldü.

Saat 10:00-da isə Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verildi.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər turnirə mayın 8-də yekun vurulacaq.