Avropa Voleybol Konfederasiyası azərbaycanlı nümayəndələrə növbəti təyinat göndərib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıblar.

"Olimpsport" xəbər verir ki, avrokubok yarışları beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və AVF-nin beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılovaya həvalə edilib.

E.Zülfüqarov kişilər arasında Çempionlar Liqasının C qrupunda mübarizə aparan “Halkbank Ankara” (Türkiyə) və “Gas Sales Daiko Piacenza” (İtaliya) komandalarının matçını idarə edəcək. Qarşılaşma yanvarın 10-da “TVF Sport Complex Baskent Sports Hall”da keçiriləcək.

İsmayılova da həmin turnirə təyinat alıb. O, eyni gündə B qrupunda baş tutacaq “ACH Volley” (Sloveniya) - “Trentino İtas” (İtaliya) oyununda hakimlərin işinə qiymət verəcək.