Azərbaycan atleti "Dubai Marathon"da rekorda imza atıb

Azərbaycan atleti Anna Yusupova marafon qaçışı üzrə ölkə rekorduna imza atıb.

"Olimpsport" xəbər verir ki, idmançı buna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Marathon" yarışında nail olub.

Yusupova məsafəni 2 saat 42 dəqiqə 32 saniyəyə qət edərək 12-ci yeri tutub.