Azərbaycanın fiqurlu konkisürəni Avropa çempionatında iştirak edəcək
Yanvarın 10-da Litvanın Kaunas şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək.
"Olimpsport" xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı Vladimir Litvintsev təmsil edəcək.
O, yanvarın 10-da qısa və 12-də isə sərbəst proqramda qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatına yanvarın 14-də yekun vurulacaq.