“Abşeron” autsayderə məğlub olub

Qadın voleybolçulardan ibarət Yüksək Liqada ilin ilk oyunu keçirilib.

"Olimpsport" xəbər verir ki, turun açılış matçında liderlər sırasında yer alan “Abşeron”la bu mövsüm bir qələbəsi olan “Milli Aviasiya Akademiyası” üz-üzə gəlib. Gərgin keçən görüş autsayderin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə “Murov Az Terminal”la “Azərreyl” qarşılaşır.