MOK-un təsis etdiyi televiziya festivalının mətbuat konfransı baş tutub

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın münsiflər heyətinin mətbuat konfransı keçirilib.

"Olimpsport" xəbər verir ki, konfransda iştirak edən MOK-un mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev layihənin əsas məqsədinin istedadlı gəncləri üzə çıxarmaq və tanıtmaq olduğunu bildirib.

Festivalın baş prodüseri, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov ikinci ildir həyata keçirilən layihənin uğurlu olduğunu deyib.

O, qeyd edib ki, bu festivalda 5 nominasiya olacaq. Onların ikisi qadın idmançılara həsr olunacaq.

A. Qulamov festivalın hazırlıqlarına dekabrın 5-dən başladıqlarını vurğulayıb.