Həndbol üzrə Azərbaycan çempionatının təqvimi açıqlanıb 

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun təqvimi açıqlanıb.

"Olimpsport" xəbər verir ki, kişilərin və qadınların liqasında tura bu gün keçiriləcək oyunlarla start veriləcək.

Yanvarın 13-də daha iki görüş baş tutacaq. Yanvarın 14-də və 21-də isə qadınların çempionatında bir matç təşkil ediləcək. Qarşılaşmalar “AHF Arena” İdman Kompleksi və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Azərbaycan çempionatı
VII tur

Qadınlar
11 yanvar

17:00. “Bakı” – “Gənclər Birliyi”
14 yanvar
14:00. “Kür” – “İdman Akademiyası”
21 yanvar
12:00. “Azəryol” – “Qarabağ”
Xal durumu: “Qarabağ” – 12, “Azəryol” – 9, “Kür” – 7, “İdman Akademiyası” – 6, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
11 yanvar

19:00. “Dinamo” – “Azəryol”
13 yanvar
10:00. “Təhsil” – “İdman Akademiyası”
12:00. “Bakı” – “Kür”
Xal durumu: “Kür” – 10, “Bakı”, “Qarabağ” – hər ikisi 8, “Azəryol” – 6, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – hər ikisi – 0.