Azərbaycan voleybol çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib.

"Olimpsport" xəbər verir ki, Yüksək Liqa çərçivəsində “Gəncə” ilə UNEC komandaları üz-üzə gələcəklər.

Gəncəlilər yanvarın 13-də hesabında xal olmayan rəqibi Tovuz Olimpiya İdman Kompleksində qəbul edəcəklər. Qarşılaşma saat 16:00-da başlayacaq.

Turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”a (3:0), “Murov Az Terminal” isə “Azərreyl”ə (3:2) qalib gəlib.

Qeyd edək ki, hazırda “Azərreyl” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci pillədədirlər. Sonuncu yerdə qərarlaşan UNEC-in hesabında xal yoxdur.