Azərbaycan çempionatında VII tura start verilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII tura start verilib.

"Olimpsport" xəbər verir ki, ilk gündə həm qadınların, həm də kişilərin liqasında bir oyun keçirilib.

Qadınların mübarizəsində autsayderlər zonasında qərarlaşan “Bakı” ilə “Gənclər Birliyi” üz-üzə gəliblər. Hələ də xal qazana bilməyən “Gənclər Birliyi” növbəti dəfə meydançanı məğlub tərk edib – 25:35.

Kişilərdə isə hesabında xal olmayan “Dinamo”nu 49:24 hesabı ilə məğlub edən “Azəryol” xallarının sayını 8-ə yüksəldərək, liderlər qrupuna yaxınlaşıb.

Qeyd edək ki, kişilərdə turun digər oyunları yanvarın 13-də, qadınlarda isə 14-ü və 21-də keçiriləcək.