Azərbaycanın U-20 millisi üçüncü oyununu keçirəcək

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.

"Olimpsport" xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Latviya ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komanda daha əvvəl Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.