Həndbol üzrə Azərbaycan çempionatı: "Kür" komandası liderliyini qoruyur

Kişi həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha iki oyunu keçirilib.

"Olimpsport" xəbər verir ki, "Təhsil" "İdman Akademiyası"na (30:28), "Kür" isə "Bakı"ya (26:20) qalib gəlib.

Qeyd edək ki, "Kür" 12 xalla liderdir. "Bakı", "Qarabağ" və "Azəryol"un hərəyə 8, "Təhsil" və "İdman Akademiyası"nın hərəyə 2 xalı var. Sonuncu sıradakı "Dinamo"nun isə xalı yoxdur.