Azərbaycan Basketbol Liqası: X turda oyun paytaxt təmsilçisinin qələbəsi ilə bitib

Azərbaycan Basketbol Liqasında X turun daha bir oyunu keçirilib.

"Olimpsport" xəbər verir ki, günün yeganə matçında "Cəlilabad" "Sərhədçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 97:92. Xallarının sayını 13-ə çatdıran "Sərhədçi" 8-ci pilləyə yüksəlib.

Turun əvvəlki matçlarında "Xəzri" "Neftçi"ni (86:84), "NTD-İndiqo" "Sumqayıt"ı (104:95) məğlub edib. "Şəki" - "Xırdalan" və "Gəncə - "Sabah" görüşləri yanvarın 14-də olacaq.