Nicat Abasov İddiaçılar Turnirində iştirak edəcək

 

Azərbaycan şahmatçısı Nicat Abasov İddiaçılar Turnirində iştirak edəcək.

"Olimpsport" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında məlumat yayılıb.

Norveçli qrossmeyster FIDE-yə məktub göndərərək, İddiaçılar Turnirinə qatılmayacağını təsdiqləyib. Onun əvəzinə yarışa vəsiqə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan N.Abasova verilib.

Qeyd edək ki, bu ilin aprelində Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşacaq.