Azərbaycan Basketbol Liqası: "Sabah" liderliyini qoruyur

Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 10 -cu turunun son oyunu keçirilib.

"Olimpsport" xəbər verir ki, çempionatın lideri "Sabah" klubu "Gəncə"yə 103:86 hesabı ilə qalib gələrək liderliyini qoruyub.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Kenyon Dulinq (23 xal, 3 asist), "Sabah"dan isə Entoni Vilson (36 xal, 10 ribaund) olublar.

"Sabah" 19 xalla birinci, "Gəncə" 13 xalla doqquzuncudur.