“Red Bull Racing”də yeni maşının təqdimatı olacaq

“Red Bull Racing” komandası yeni bolidinin təqdimat tarixini elan edib. Çempion komandası “RB20”ni fevralın 15-də nümayiş etdirəcək. “Red Bull Racing”in mətbuat xidməti digər təfərrüatlar barədə məlumat verməyib.

"Olimpsport" xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, bu günədək “Red Bull” komandası da daxil olmaqla Formula 1-in yeddi komandası təqdimatların tarixini rəsmi şəkildə təsdiqləyib: “Stake” və “Williams” fevralın 5-də, “Alpine” fevralın 7-də, “Aston Martin” fevralın 12-də, “Ferrari” fevralın 13-də, “Mercedes” fevralın 14-də.