Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun ilk oyununun vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun ilk oyununun vaxtı müəyyənləşib.

"Olimpsport" xəbər verir ki, turun açılış matçı yanvarın 18-də keçiriləcək.

Yüksək Liqanın favoritlərindən olan “Azərreyl” autsayder MOİK komandası ilə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, hazırda hesabında 15 xal olan “Azərreyl” “Murov Az Terminal”la birlikdə 2-3-cü yerləri bölüşdürürlər. MOİK isə ilk 8 turda xal qazana bilməyən yeganə komandadır.