Bölgə gimnastlarının Bakıda təlim-məşq toplanışı davam edir

Bölgə idmançılarının Milli Gimnastika Arenasında təlim-məşq toplanışı davam edir.

"Olimpsport" xəbər verir ki, bu dəfə Zaqatala və Qaxı təmsil edən 2012-2017 təvəllüdlü bədii gimnastlar Bakıda hazırlıq keçirlər.

Yanvarın 20-dək davam edəcək məşqlərə 11 idmançı qatılıb.

Məqsəd bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.

Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşq toplanışlarında iştirak edirlər.