İsgəndər Əsgərov Avropa Kubokunun 1/8 final matçına təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

"Olimpsport" xəbər verir ki, mütəxəssis qadın həndbolçulardan ibarət Avropa Kubokunun 1/8 final mərhələsinin oyununu idarə edəcək.

İsgəndər Əsgərov Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Yanvarın 20-də Bodrum şəhərində baş tutacaq görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.