"Sabah" yeni basketbolçu transfer edib

"Sabah" klubu heyətinə yeni basketbolçu qatıb.

"Olimpsport" xəbər verir ki, son mövsümü NCCA 1 divizionunda mübarizə aparan "Coppin State Eagles" komandasının heyətində keçirən Kamron Blu cari mövsümün sonuna qədər Azərbaycan təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, 201 sm boya malik ABŞ-dən olan 23 yaşlı oyunçu müdafiəçidir.