Azərbaycan millisi Avropa Kadet Kubokunda çıxış edəcəklər

Azərbaycan cüdoçuları Avropa Kadet Kubokunda çıxış edəcəklər.

"Olimpsport" xəbər verir ki, yanvarın 16-19-da keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində fərqlənən cüdoçular milliyə cəlb olunacaqlar. Hər çəki üzrə ilk üç yeri tutanlar yanvarın 29-da təlim-məşq toplanışına yığışacaqlar.

32 nəfərlik heyət martın 2-3-də Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa Kadet Kubokunda Azərbaycanı təmsil edəcək. Orada yüksək nəticə qazananlar isə Avropa və dünya çempionatları üçün milliyə cəlb olunacaqlar.