Rusiyalı bobsleyçi dopinqə görə cəzalandırılıb

Üç dəfə olimpiadada iştirak etmiş rusiyalı bobsleyçi Anastasiya Tambovtseva dopinq qəbul etdiyi üçün cəzalandırılıb.

"Olimpsport" TASS-a istinadən xəbər verir ki, Beynəlxalq Bobsley və Skeleton Federasiyası (IBSF) antidopinq qaydalarını pozan 41 yaşlı idmançını iki illik diskvalifikasiya edib.

O, 2025-ci il oktyabrın 2-dək yarışlara qatıla bilməyəcək. Tambovtsevanın qanında qadağan olunmuş maddə aşkarlanıb. Bobsleyçi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etsə də, rədd cavabı alıb.

Qeyd edək ki, Anastasiya Tambovtseva 2002, 2006 və 2010-cu illərdə Rusiya millisinin heyətində Qış Olimpiya Oyunlarında iştirak edib.