"Formula 1" üzrə İspaniya Qran-prisi 2026-cı ildən Madriddə keçiriləcək

"Formula 1" üzrə İspaniya Qran-prisi 2026-cı ildən paytaxt Madriddə keçiriləcək.

"Olimpsport" xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Müqavilə 10 il müddətinə qüvvədə olacaq. 20 döngədən ibarət trekin uzunluğu 5,47 km-dir.

Qeyd edək ki, İspaniyadakı yarışlar Barselona şəhərində gerçəkləşirdi. Buradakı sonuncu Qran-pri isə 2025-ci ildə baş tutacaq.