Erməniəsilli idmançı dopinqə görə cəzalanıb

İdman Arbitraj Məhkəməsinə (CAS) Rusiya ağırlıqqaldıranları Mixail Qobeyev, Armen Alekyan və Dmitri Çalıyı diskvalifikasiya edib.

"Olimpsport" TASS-a istinadən xəbər verir ki, buna adıçəkilən idmançıların antidopinq qaydalarını pozması səbəb olub.

Onlar Moskva antidopinq laboratiyasının LIMS məlumat bazasına əsasən, 4 illik cəzalanıblar. Ağırlıqqaldıranlar 2012-ci ildə qaydaları pozublar.

Qobeyevdə cəza müddəti 2026-cı ilin aprelində, Alekyanda iyununda, Çalıyda isə sentyabrında başa çatacaq.

Qeyd edək ki, Qobeyev 2010-cu ildə Avropa çempionatında gümüş medal əldə edib. Erməniəsilli Alekyan 2012-ci ildə gənclər arasında qitə çempionatının qalibi olub. Çalıy isə 2013-cü ildə Rusiya Kubokuna sahib çıxıb.