“Gəncə” heyətini amerikalı voleybolçu ilə gücləndirib

“Gəncə” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

"Olimpsport" xəbər verir ki, “sarı-göylər” ABŞ-dan Vanessa Elena Qarsia ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Voleybolçu 2017-2022-ci illərdə ABŞ-ın “Biola University Eagle”, ötən il isə Almaniyanın “Provin” klubunda çıxış edib.

Qeyd edək ki, “Gəncə” qış fasiləsində Anna Balberova və Anna Dmitrieva ilə yollarını ayırıb.