“Ferrari” komandası Şarl Leklerlə müqavilənin müddətini uzadıb

Formula 1 üzrə dünya çempionatında iştirak edən “Ferrari” komandası sürücüsü Şarl Leklerlə müqavilənin müddətini uzadıb.

"Olimpsport" xəbər verir ki, yeni sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

Daha əvvəl bəzi medialar İtaliya komandasının monakolu sürücüyə 5 illik müqavilə təklif etməyə hazır olduğunu yazıb.

Qeyd edək ki, Şarl Leklerin “Ferrari” ilə əvvəlki anlaşması 2024-cü ilin sonunda başa çatmalı idi.