18 yaşlı MMA döyüşçüsü məşq zamanı vəfat edib

 

Rusiyanın Kirov vilayətində 18 yaşlı idmançı dünyasını dəyişib.

"Olimpsport" yerli mətbuata istinadən xəbər verir ki, MMA döyüşçüsü sparrinq zamanı vəfat edib.

Hadisə ilə bağlı ibtidai istintaq aparılır. Həmin şəxsin adı açıqlanmasa da, onun məşq vaxtı kəllə-beyin travması aldığı bildirilib.

Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.