Azərbaycan qolfçusu Türkiyədə ikinci yeri tutub

Azərbaycan qolfçusu Emin Rzayev Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open-2024” turnirində uğurlu çıxış edib.

"Olimpsport" xəbər verir ki, o, 8 yaşlı idmançıların mübarizəsində fərqlənməyi bacarıb.

E.Rzayev yarışda ikinci olub.