Azərbaycan döyüşçüləri  beynəlxalq turnirdə beş medal qazanıblar

 

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə savatın assault və precombat növü üzrə keçirilmiş beynəlxalq turnirdə beş medal qazanıb.

"Olimpsport" xəbər verir ki, assault növündə böyüklərdən Beyrək Bağırov (85 kq) və gənclərdən Məhəmməd Məmmədli (52 kq) qızıl, yeniyetmələrdən Yusif Süleymanov (52 kq) bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov (80 kq) gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycanı yarışda 6 idmançı təmsil edib.