“Gəncə” heyətini barbadoslu voleybolçu ilə gücləndirib

“Gəncə” voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

"Olimpsport" xəbər verir ki, “sarı-göylər” barbadoslu Tatyana Şonte Sili transfer edib. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Voleybolçu ötən mövsümü ABŞ-ın “Norfolk State University” klubunda keçirib.

Qeyd edək ki, Gəncə təmsilçisi bir müddət əvvəl ABŞ-dan olan digər voleybolçu Vanessa Elena Qarsiyanı heyətinə qatıb.