“Murov Az Terminal” liderliyə yüksəlib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında III dövrəyə start verilib.

"Olimpsport" xəbər verir ki, günün ikinci qarşılaşmasında “Murov Az Terminal” və “Abşeron” klubları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən matçda ilk setdən təşəbbüsə yiyələnən “Murov Az Terminal” üstünlüyünü sonadək qoruyub və 3:0 hesablı qələbə qazanıb.

Günün ilk oyununda isə “Gəncə” “Milli Aviasiya Akademiyası”nı 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, xallarının sayını 26-ya çatdıran (9 qələbə) “Murov Az Terminal” liderliyə yüksəlib. “Azərreyl” 24 xalla (8 qələbə) 2-ci, “Abşeron” 21 xalla (7 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Qeyd edək ki, turun son oyunu yanvarın 31-də UNEC və “Azərreyl” komandaları arasında olacaq.