Çunayev erməni rəqibini məğlub etdi

İstanbulda güləş üzrə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

Olimpspor.az saytının məlumatına görə, yunan-Roma güləşi üzrə 66 kq çəkidə çıxış edən Rəsul Çunayev turnirin finalına yüksəlib və bununla da olimpiadaya vəsiqə qazanıb.

R.Çunayev finala qədər Domonik Etlinger, Pavel Liax, David Kareçinski və əslən erməni olan, Fransanı təmsil edən Artak Marqaryanı məğlub edib. Güləşçimiz qızıl medal uğrunda Qırğızıstandan olan Ruslan Tsarevlə üz-üzə gələcək.