Malayziyada növbəti dəfə "Formula 1" yarışı keçirilə bilər

Malayziyada növbəti dəfə "Formula 1" yarışı keçirilə bilər.

"Olimpsport" "Reuters"ə istinadən xəbər verir ki, dövlət neft şirkəti "Petronas" Qran-prisini 2026-cı ildə ölkəyə qaytarmaq niyyətindədir.

"Formula 1" rəhbərliyi hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Malayziya Qran-prisi 1999-2017-ci illərdə təqvimdə yer alıb. Bilet satışının azalması, yarışın təşkili üçün xərclərin artması turnirin burada keçirilməməsinə səbəb olub.