Paralimpiya Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR

2016-cı il Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. Olimpsport.az xəbər verir ki, Maestro Joao Karlos Martinsin dirijorluğu ilə Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub. İlk olaraq tərkibində iki qaçqın atletin də olduğu Müstəqil Paralimpiyaçı Atletlər Komandası arenaya daxil olub. Azərbaycanın paralimpiya yığmasının keçidi zamanı bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” birinci Avropa Oyunlarının çempionu və milli komandamızın kapitanı İlham Zəkiyev aparıb. 

Cüdoçumuz parada milli geyimdə çıxıb.

Parad ev sahibi ölkənin – Braziliya paralimpiyaçılarının keçidi ilə başa çatıb. Daha sonra Braziliya Prezidenti Mişel Temer XV Paralimpiya Oyunlarını açıq elan edib. İşıq və musiqi şousunun ardınca Paralimpiya məşəli “Marakana” stadionuna gətirilib. Braziliyalı üzgüçü Klodoaldo Silva XV Yay Paralimpiya Oyunlarının məşəlini alovlandırıb. Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb. 

Xatırladaq ki, XV Yay Olimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.