Rusiya millisi Bakıda keçiriləcək "Böyük dəbilqə" turnirinə 24 cüdoçu ilə gələcək

Cüdo üzrə Rusiya millisinin Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.

"Olimpsport" Rusiya mətbuatına istinadən xəbər verir ki, yığma yarışda 24 idmançı ilə mübarizə aparacaq.

Cüdoçulardan 11-i kişi, 13-ü isə qadındır. Bütün çəki dərəcələrində təmsil olunan Rusiya cüdoçuları yarışda neytral statusda çıxış edəcəklər.

Qeyd edək ki, “Böyük dəbilqə” turniri fevralın 16-18-də Milli Gimnastika Arenasında təşkil olunacaq.