Azərbaycanın daha bir badmintonçusu 1/8 finala yüksəlib

Azərbaycanın daha bir badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/8 finala vəsiqə qazanıb.

"Olimpsport" xəbər verir ki, idmançı 1/16 finalda Meksika təmsilçisi Vanessa Marisela Qarsiya Kontrerasa qalib gəlib.

Qarşılaşma Keişa Fatimə Zəhranın 2:0 (21:14, 21:10) hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, daha əvvəl yığmamızın digər üzvü Edi Reski Dviçayo 1/8 finala yüksəlib.