“Sumqayıt” mövsümdə dördüncü qələbəsini qazanıb

Azərbaycan Basketbol Liqasında XIV turun növbəti oyunu keçirilib.

"Olimpsport" xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Cəlilabad"ı qəbul edib. Sumqayıt Olimpiya İdman Kompleksində reallaşan görüş meydan sahiblərinin 109:99 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 8-ci yerdədir. Aktivində 19 xalı olan "Cəlilabad" altıncı pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 26 xalla "Xəzri" başçılıq edir.

Turun daha əvvəl keçirilən oyunlarında "Neftçi" "Sabah"ı 101:87, "Xəzri" isə "Şəki"ni 94:85 hesabı ilə məğlub edib.