Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında iki medal qazanıblar

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.

"Olimpsport" xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.

Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib.

O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gülay Əliyeva (160 sm) isə çempionatı bürünc mükafatla bitirib. Taekvondoçu yarımfinala qədər 4 mərhələ keçib.

Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaqlar.