Dövlət qurumları arasında üzgüçülük yarışının qalibləri bəlli olub

Dövlət qurumları arasında üzgüçülük yarışı başa çatıb.

"Olimpsport" xəbər verir ki, qarışıq (qadınlar və kişilər) MİX estafet yarışında Daxili İşlər Nazirliyinin (DİN) komandası birinci yeri tutub.

Növbəti sıralarda müvafiq olaraq SOCAR və Xəzər Dəniz Gəmiçiliyi qərarlaşıblar.

Kişilər arasında estafet yarışında (4x50, sərbəst üsul) DİN kollektivi rəqiblərini qabaqlayıb. SOCAR ikinci, Fövqəladə Hallar Nazirliyi (FHN) üçüncü olub.

Qadınların estafet yarışında (4x50, sərbəst üsul) DİN və SOCAR təmsilçiləri fərqləniblər.

Kişilərin mübarizəsində 50 metr məsafəyə sərbəst üzmədə Emil İbrahimov (DİN) birinci yeri tutub. Baykov Stanislav (SOCAR) və Tevhik Ayhan (Dövlət Gömrük Komitəsi) növbəti pillələrdə yer alıblar. Qadınlardan isə Nərgiz Nəsirova (DİN), Nuriyə Axundova (DİN) və Srebnaya Tatyana (Xəzər Dəniz Gəmiçiliyi) ilk "3-lük"də qərarlaşıblar.

Qaliblər diplom və medallarla təltif olunublar. Turnirdə 21 qurum iştirak edib.