" Bu biabırçılığı gözləmirdim" - Tərlan Əhmədov

Topaz Premyer liqasında 4-cü tura start verilib. Olimpsport.az xəbər verir ki, turun açılış matçında "Qarabağ" AZAL-ı qəbul edib. Görüş Ağdam təmsilçisinin 6-0 hesablı qələbəsi ilə başa çatıb.


Oyundan sonra baş tutan mətbuat konfransında AZAL-ın çalışdırıcısı Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb: 
 
"Danışmağa çətinlik çəkirəm. Bilmirəm nədən danışım. "Qarabağ"ı qələbə münasibət ilə təkrik edirəm. Hər bir məşqçi mübarizə aparıb, məğlub olmaq istəyir. Bu gün komandamı tanıya bilmirdim. Yəqin ki, bu məğlubiyyət bizə dərs olacaq. Çalışacağıq ki, növbəti oyunlarda səhv etməyək. Hər şeyi yenidən başlamalıyıq. Bu günkü məğlubiyyətə görə futbolçuları günahlandırmıram. Birinci günahkar mənəm. Yaxşı ki, çempionatın əvvəlində belə biz məğlubiyyətlə üzləşdik".

- Bu məğlubiyyətə görə kimisə cəzalandıracaqsınızmı?
- Xeyr. Məğlubiyyət qaçılmazdı. Bu oyundu və bunun məğlubiyyəti cə sevinci də var. Çalışacağıq ki, nəticə çıxaraq. Cəza haqqında düşünmürəm. "Qarabağ" istənilən vəziyyətinə görə bizdən güclüdü. Yenə deyirəm, bu gün komandamı tanımadım. 

- Belə başlanğıcı gözləyirdinizmi?
- Xeyr. Bu biabırçılığı gözləmirdim. Düşünürdüm ki, oyun belə başlamayacaq. Ancaq futbolçular meydanda özlərini göstərə bilmədilər.