"Biz “Slovan”dan güclü komandayıq və bunu meydanda sübut edəcəyik" - Dino

"Qarabağ" - AZAL matçından (6 - 0) sonra Ağdam təmsilçisinin hücumçusu Dino Ndlovu jurnalistlərin suallarını cavablandırıb.

 

Olimpsport.az həmin müsahibəni təqdim edir:

 

- Oyun barədə fikirlərinizi bilmək maraqlı olardı?
- Asan qələbə qazandıq. İlk hissədə vurduğumuz 3 qol oyunun taleyini həll etdi. AZAL-a hörmətlə yanaşırıq, amma biz bu gün daha güclü idik.

 

- 6 qol vurulsa da, sən susdun...
- Əsas odur ki, 3 xal bizim oldur. Növbəti matçlar da fərqlənməyə çalışacam.

 

- Komandaya uyğunlaşmısan?
- Mənim üçün adaptasiya olmaq çətin deyil. Düzdür, qol vurmamışam. Amma komandaya uyğunlaşmışam. Növbəti görüşlərdə qol vuracağıma inanıram.

 

- “Slovan”la matç haqda nə düşünürsən?
- “Slovan”la matç bu oyundan fərqli olacaq. Avropa Liqasında uğurlu çıxış etmək istəyirik. Evdə mütləq qələbə qazanmalıyıq.

- “Slovan”ın baş məşqçisi bildirdi ki, hər iki oyunda “Qarabağ”ı məğlub edə bilərik...
- Bu məni maraqlandırmır. Biz evdə oynayırıq və qələbə qazanmalıyıq. Azarkeşlərimizin önündə yalnız qələbə bizi qane edir. “Qarabağ”ın “Viktoriya” ilə oyunu izləmişdim. Sadəcə bəxtimiz gətirməmişdi. “Slovan”ı məğlub edəcəyimizə inanıram.


- “Slovan”ı “Qarabağ”la eyni səviyyəli komanda hesab etmək olar?
- Qətiyyən! Biz “Slovan”dan güclü komandayıq və bunu meydanda sübut edəcəyik.