Vəli Qasımov xəstəxanaya yerləşdirilib

"Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov xəstəxanaya yerləşdirilib. 

Olimpsport.az Reporta istinadən xəbər verir ki, dünən gecə 47 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.

"Neftçi" bu gün Premyer Liqanın IV turunda "Qəbələ" ilə qarşılaşacaq. Həmin oyuna komandanı köməkçi məşqçi Tofiq Mustafayev çıxaracaq.