Azərbaycan millisi bu gün İsveçrənin qonağı olacaq

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Olimpsport" xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv İsveçrənin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. I qrupdakı digər görüşdə Kosovo doğma meydanda İrlandiyanı sınağa çəkəcək.

Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.