"Neftçi"də növbədənkənar iclas

Topaz Premyer Liqanın 4-cü turunda "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin  Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
 
Olimpsport.az xəbər verir ki, iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub:

1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib.
2. "Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq.
3. "Neftçi” PFK-nın hazırki əsas heyətində ciddi islahatlar aparılacaq.
4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.
5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək.